Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, Azərbaycanın Müstəqilliyinin əsas atributu olan üçrəngli bayrağımızı Sovetlər dönəmində- 1956-cı ildə rejimə etiraz əlaməti kimi və ölkəmizin müstəqilliyi şərəfinə Bakının mərkəzində – Qız Qalasının ən uca yerində dalğalandıran iki fədakarımız olub: Cahid Hilaloğlu və Çingiz Abdullayev!
Qeyd etdiyimiz kimi, Tezadlar.az tariximizin həmin şərəfli səhifələrinə adlarını yazan bu qəhrəmanlarımız barədə geniş material hazırlayır.
Araşdırmalarımız daha bir maraqlı vı şok faktı ortaya çıxardıb: Cahid Hilaloğlu 1928- ci ldə Ağdamda (Ağdam qəzası) anadan olmuş, 30 may 1991-ci ildə dünyasını dəyişmişdir. Onun ölüm tarixi barədə isə Mərzili kəndinin dəyərli ziyalılarından olan Vahid Qasımov “Təzadlar”a bildirdi ki, o, 1991-ci ildə Ağdamda avtomobil qəzasında həyatını itirib və Ağdamın Mərzili kəndində dəfn edilib.
Vahid bəy Cahid Hilaloğlunun həm də Mərzili kənd Sovetinin sədri olmuş mərhum Həsən Əliyevin xalası oğlu olduğunu da bildirdi.
“Təzadlar”ın reportyorları onun məzar yerini dəqiqləşdirərək əlavə videosujet hazırlamağa qərar verib. Tezliklə bu barədə ətraflı bəhs ediləcək.
Xatırlatma: Sovet dövründə milli hərəkatçı, dissident olan Cahid Hilaloğlu 1956-cı ildə Sovet hakimiyyətinə etiraz olaraq üçrəngli bayrağı Qız qalasının üzərində qaldırdığına görə 10 il azadlıqdan məhrum edilmiş, sürgün həyatı yaşamış, sonralar da “KQB”nin təqibinə məruz qalmışdır.
Lakin təəssüflər olsun, müstəqilliyimizin dönəmlərində də həm Cavid Hilaloğlunun, həm də Çingiz Abdullayevin barəsində tarix ədəbiyyatımızda heç bir məlumat verilməmişdir…
Araşdırmalarımız davam edir…
SONDA: Dəyərli ziyalımız, Akademik Rəfael Hüseynova təşəkkür edirəm ki, 28 may günündə AzTV- nin Mədəniyyət kanalında Cahid Hilaloğlu və Çingiz Abdullayev haqqında olduqca qiymətli, yaddaşımızı təzələyən məlumatlar paylaşmışdır…
Asif MƏRZİLİ