Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov iyunun 8-də saat 10:00-da Xankəndi şəhərində yerləşən “Xankəndi” Biznes Mərkəzində (ünvan: Xankəndi şəhəri, 28 May küçəsi) Xankəndi şəhəri, Şuşa, Xocalı, Ağdərə, Xocavənd və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən tezadlar.az-a verilən məlumata görə, qəbul zamanı Xankəndi şəhəri, Şuşa, Xocalı, Ağdərə, Xocavənd və Laçın rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.