Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyun 2026 / 12:04

Sankt-Peterburq Neft Terminalı yanır-FOTO-VİDEO

Moskva artıq, deyəsən, göz yaşlarına və dronların hücumuna inanmağa başlayıb… Tezadlar.az xatırladır ki, Ukrayna dronları bu səhər alatoranda Kremlin yuxusunu qaçırıb və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) açılış günündə Sankt-Peterburqa zərbə endirib. Rusiyanın şimal-qərbindəki ən böyük neft daşıma komplekslərindən biri olan Sankt-Peterburq Neft Terminalına dron hücumu nəticəsində yanğın baş verib. Hücum xarici iş adamlarının və nümayəndə heyətlərinin gəlişi gözlənilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılış günündə baş verib.
Ukrayna mediası da rəsmilərə istinadla yazır ki, bu, Rusiya ordusunun iki gün əvvəl Kiyevə dron hücumlarına cavabın bir hissəsidir…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!