Cahid Hilaloğlu haqqında geniş reportajdan bir hissə- VİDEO
Xəbər verdiyimiz kimi, 1957- ci ildə Sovet rejiminə etiraz əlaməti olaraq üçrəngli bayrağımızı Bakıdakı Qız Qalasında qaldıran və “Ey insanlar, bayrağınıza sahib durun!” deyərək Sovet rejiminə qarşı üsyan edən, “KQB” tərəfindən həbs edilərək 10 il sürgün həyatı yaşayan Cahid Hilaloğlunun qızı, Xalq artisti Naibə Allahverdiyeva ötən gün TezadlarTV- nin qonağı oldu.
Naibə xanım atası haqqında indiyədək bilmədiyimiz gizlinləri açdı, onun rejissor və sürgün həyatı ətrafında geniş, inanılmaz faktlar dolu videomüsahibə verdi… O, müsahibəsində bayrağımızın təbliği yolunda məşəqqətlərə məruz qalan, hər zülmə dözən Cahid Hilaloğlu barədə AzTV-nin “Mədəniyyət” kanalında geniş bilgi verən Akademik, millət vəkili, dəyərli Rəfael Hüseynova xüsusi təşəkkürünü bildirib… Həmin hissəni eksklüziv olaraq aşağıda təqdim edirik.
Onu da xatırladırıq ki, Cahid Hilaloğlunun doğmalarından biri, dayısı oğlunun qızı, uzun illərdir İsveçdə yaşayan, isveçin Federativ bölgəsinin deputatı İradə Əliyeva da TezadlarTV-yə geniş açıqlama verib. İradə xanımın da videomüsahibəsi geniş reportaja əlavə olunaraq təqdim ediləcək.