Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Serblər qətiyyən Rusiya əleyhinə isteriyaya qoşulmaq istəmirlər; Rusofobiya axmaqlıq və ağır cinayətdir.
Tezadlar.az xəbər verir ki, bu barədə Serbiyanın keçmiş Baş nazirinin müavini Aleksandr Vulin “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib.
“Mənim şəxsi fikrim və düşünürəm ki, əksər serblərin fikri budur ki, onlar qətiyyən Rusiya əleyhinə isteriyaya qoşulmaq istəmirlər. Böyük bir münaqişədən, dünya müharibəsindən əvvəl həmişə bir isteriya və fobiya olur”, – Vulin qeyd edib.
O, Birinci Dünya müharibəsindən əvvəl məhz həmin isteriyanın serbofobiya olduğunu xatırladıb.
Vulin əvvəllər Serbiyanın Rusiya vətəndaşları üçün viza tətbiq etməyəcəyinə əminlik verib. “Biz ruslar üçün viza və ya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək bir millətik. Biz belə böyük alçaq hərəkət üçün çox kiçik bir millətik”, – deyə siyasətçi vurğulayıb.
E.ŞİRİNOV