Rusiyanın Ukraynanın Zaporojye bölgəsindəki Komişuvaha kəndinə hava hücumları nəticəsində 24 nəfər həlak olub.
Tezadlar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye bölgəsindəki Komişuvaha kəndinə bir neçə hava hücumu həyata keçirildiyini bildirib.
Zelenski humanitar yardımın paylandığı məktəb binasının hədəfə alındığını bildirərək deyib: “Oradakı insanlara humanitar yardım paylanırdı. Birinci hava hücumundan sonra daha doqquz bomba atılıb və ikinci hücum həyata keçirilib, insanların yerləşdiyi sığınacaq hədəfə alınıb”.
Zelenski hücum bölgəsində axtarış-xilasetmə əməliyyatlarının başlandığını açıqlayıb.
Zelenski Rusiyanın gərginliyi azaltmaq istəmədiyini iddia edib və Ukraynanın daha çox beynəlxalq dəstəyə ehtiyacı olduğunu vurğulayıb.
Ukrayna Dövlət Təcili Yardım Xidmətləri (DSNS) sosial media hesabında bildirib ki, ilkin məlumatlara görə, Komişuvaxa kəndinə edilən hücumda 24 nəfər həlak olub.
Məlumatda qeyd olunur ki, həlak olanlar arasında iki DSNS əməkdaşı, dörd polis əməkdaşı və beş nəfər yaralanıb.
ELBAR







