Təəssüflə deməliyik ki, Bakıda yaşı yüz illərə gedib çıxan tarixi binalar və mədəni incilərə laqeydlik hələ də davam edir… Sosial media istifadəçisi, jurnalist Ülviyyə Alovlu özünün fb səhifəsində yazır: “Şüvəlanda belə gözəl, neoqotik üslubda əsrlik yaşı olan qəsr xarabazara dönməkdə davam edir. Doğrusu, vaxtikən kimə mənsub olduğunu dəqiq müəyyən edə bilmədim, amma Bakının möhtəşəm tarixi göz önündəcə silinməkdədir…”.
Tezadlar.az olaraq internetdə axtarış verildi və təxmin edilir ki, bu qəsr 1901 ilin tikilisidir və Aşurbəyovlara məxsusdur. Maraqlıdır, belə gözəl, böyük tarixi izə malik qəsrdən doğrudanmı Mədəniyyət Nazirliyində, digər rəsmi qurumlarda, elə Şüvəlan Bələdiyyəsi və ya İcra nümayəndəliyində, Xəzər rayon İcra Hakimiyyətində heç kimin məlumatı yoxdur???
Reportyorlarımız ərazidə olaraq reportaj hazırlamağı planlaşdırır… Əlavə məlumat veriləcək.
SƏBUHİ