Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2026 / 15:38

Azərbaycanlı xanım İsveçdə 4-cü dəfədir Regioal Parlamentin deputatı seçilir-“Təzadlar” təqdim edir…

İradə Həsən qızı Əliyeva! Ağdam rayonundandır… O, uzun illərdir öz unikal savad və bacarığı ilə İsveçdə yaşayıb fəaliyyət göstərməklə yanaşı, Azərbaycandan yeganə şəxsdir ki, İsveç Regional Parlamentin deputatı və ölkənin ən nüfuzlu Sosial Demokratlar Partiyasının üzvüdür.
“Təzadlar” İradə Əliyeva ilə telefon əlaqəsi saxlayaraq onu Azərbaycan oxucularına daha  yaxından tanış etmək qərarına gəldi.
Beləliklə, İsveç Regional Parlamentinin deputatı İradə Əliyeva ilə eksklüziv müsahibəsini təqdim edir:
-İradə xanım, barənizdə daha ətraflı bilgi əldə etmək istərdik. Öncə kimliyinizi təqdim edərdiniz…
-Təşəkkür edirəm ki, barəmdə Azərbaycan-doğma Vətənimin oxucularına geniş məlumat vermək istəyirsiniz… Mən Ağdamın Mərzili kəndində anadan olmuşam. Atam- Əliyev Həsən Əliş oğlu uzun illər Mərzili kəndinin partkomu, kənd Sovetinin sədri, Ergi zavodunun direktoru, Mərzili kəndi işğal olunana qədər də Həmkarlar Təşkilatının sədri vəzifələrində çalışıb. Anam- Nuriyeva Nazyetər Əli qızı isə Mərzili kəndinin ilk ali savadlı müəllimələrindən biri idi. Uzin müddət Mərzili kənd orta məktəbində müəllimə və rəhmətə gedənə qədər tərbiyə işləri üzrə direktor müavini işləyirdi. Çox cavan – 45 yaşında şəkər xəstəliyindən rəhmətə getdi. Çox hörmətli, bütün şagirdlər, valideynlər arasında, ümumiyyətlə kənddə çox hörmət edilən bir müəllimə idi. Mərzili tarixində, bəlkə də ümumiyyətlə, yeganə qadın idi ki, onun dəfnində kişilərlə bərabər, qadınlar da qəbristanlığa, onu dəfn etməyə getmişdilər. Məktəb şagirdləri yollara düzülmüşdülər.
-Ailədə neçə uşaq olmusuz?
-Biz üç bacı, üç qardaşıq, hamımız ali təhsil almışıq. Bir qardaşım- hərbiçi zabit idi və xidməti tapşırığı yerinə yetirərkən yol qəzasında çox gənc-40 yaşında həlak oldu.
-Özünüzün təhsil və İsveçə uzanan yolunuz barədə nələri deyə bilərsiz?
-Mən Azərbaycan Neft və Kimya İnsitunun Mühəndis İgtisad fakultəsini bitirmişəm. Çox gənc yaşlarımda Yüngül Sənaye Nazirliyində baş iqtisadçı, Bakı Zərif mahud kombinatında Əmək və əmək haqqı şöbəsinin müdiri, həmin fabrikin Həmkarlar təşkilatının sədri, baş mühasib vəzifələrində çalışmışam. 2004-cü ildə isə İsveçə köçmüşəm.
-İsveçdə işiniz, vəzifəniz və fəaliyyətiniz nədən ibarətdir?
-İsveçdə iqtisadi və hüquqi məsələlər üzrə məsləhətçı şırkətin rəhbəriyəm…
-Deyəsən, İsveçdə yeganə Azərbaycanlısız ki, ölkənin rəsmi sektorunda partiya təmsilçiliyiniz var…
-Bəli, 2007- ci ildən İsveçin ən böyük partiyası olan Sosial demokratlar partiyasının üzvüyəm…
-…Və partiya sizin birdən-birə deputlığa namizədliyinizi irəli sürür…
-Bəli, 2010- cu il şeçkilərində Regional Parlamentə namizədliyimi verərək deputat seçilmişəm. 2010- cu ildən etibarən İsveçin ən böyük Regionlarından biri olan Yönköpinq Regionunun deputatıyam. Yəni, 2010-2014, 2014-2018, 2018-2022, 2022-2026- ci illər üzrə mandat periodlarında(artıq 16 ildir) deputat seçilirəm… Bu ilki seçkilərdə(sentyabr ayında) namizədliyim yenidən irəli sürülüb və qeydiyyata alınıb…
-İnanırıq ki, yenidən deputat seçilərsiniz…
-Onu da xatırladım ki, İsveçdə Regionlar bizdəki kimi deyil. Burada Regionlar Rusiyada federativ respublikalar kimidir təxminən. Yəni, buradakı Regionlar bəzi ölkələrdən də böyükdür və milyardlarla büdcəsi var. Mən parlamentin bir çox komissiyalarında və idarə heyətlərində təmsil olunuram… Bundan başqa, özümün 2011- ci ildə təsis etdiyim “Qadınlar birliyi” adlı QHT-nin sədriyəm. Bu təşkilat qadınların və uşaqların hüquqlarının müdafiəsi ilə məşğuldur. Qısa olaraq, onu da xatırladım ki, yarım milyon isveçli və digər millətlərin nümayəndələri dörd mandat periodu (16 ildir ki, deputatam) mənə səs verib, seçib və ümid edirəm ki, beşinci period da onların inamını qazanacam və deputatlığım davam edəcək. Təvazökarlıqdan uzaq, qeyd edim ki, bildiyiniz kimi, İsveç kimi bir Avropa ölkəsində belə bir zirvəyə çatmaq həddindən çox zəhmət, məsuliyyət, savad, təcrübə və bacarıq tələb edir. Bu faktı təvazökarlıqdan kənar sayılmasın rica edirəm… Mən bir Azərbaycan vətəndaşı-övladı olaraq bu zirvəyə çatmağımla həm özümlə, həm böyüdüyüm ailə ilə, həm sevimli kəndimlə, həm Ağdamımızla, həm də Qarabağımızla, bütövlükdə, Azərbaycanımla fəxr edirəm! Qoy hamı bilsin ki, bizim torpaqlarımız qəhrəmanlar yetişdirir, alimlər, ziyalılar, əsil siyasətçilər yetişdirir! Gücümüz birliyimizdədir!
-Eksklüziv müsahibə üçün təşəkkür edirik…

ira

ira

ira

“Təzadlar”
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!