Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hindistanda bir qrup şəxs özlərini “əxlaq keşikçiləri” kimi təqdim edərək gənc cütlüklərə hücum etməkdə, qadınlara qarşı cinsi zorakılıq törətməkdə və pul tələb etməkdə şübhəli bilinir.
Tezadlar.az xıbır verir ki, hadisələr Tiruvannamalay şəhərində baş verib. Bildirilir ki, yeddi nəfərdən ibarət qrup gənc cütlükləri seçərək onları münasibətlərinin xarakteri barədə sorğu-suala çəkib, daha sonra isə özlərini “əxlaq nəzarətçiləri” kimi təqdim edərək onlara hücum edib.
Məlumata görə, iki hücum mayın 30-u və 31-də qeydə alınıb. Tərkibində 16 yaşlı yeniyetmənin də olduğu silahlı qrup cütlükləri insanların az olduğu ərazilərdə izləyib. Zərərçəkənlər meşəlik əraziyə aparılıb, döyülüb, onların pul və qiymətli əşyaları əlindən alınıb.
Bundan sonra qurbanlar təhdid edilərək onlardan pul tələb olunub. İddialara görə, cinayətkarlar zərərçəkənlərə zəng edərək müəyyən görüntülərin yayılacağı hədəsi ilə onlardan pul istəyiblər.
Birinci zərərçəkən polisə müraciət etməzdən əvvəl şübhəlilərə pul köçürüb. İkinci hadisədə isə zərərçəkən şəxs evə qayıdaraq baş verənləri atasına danışıb. Bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.
Polis qrupun bütün üzvlərini saxlayıb, onların mobil telefonları və motosikletləri müsadirə olunub. Silinmiş məlumatların bərpası üçün elektron cihazlar xüsusi ekspertizaya göndərilib.
Hüquq-mühafizə orqanları ehtimal edir ki, qorxu səbəbindən hələ də polisə müraciət etməyən başqa zərərçəkənlər də ola bilər.