Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2026 / 00:05

Mossadın planı ifşa olundu! Ərdoğan sui-qəsdi alt-üst etdi

İddia edilir ki, İsrail Xarici Kəşfiyyat Xidməti Mossad Tehran rejimini devirmək planının bir hissəsi olaraq İrana qarşı çıxan kürd qruplarına silah tədarük edib.

Tezadlar.az xəbər verir ki, İsrail mətbuatında yer alan xəbərlərə görə, Mossad İrana qarşı çıxan kürd qruplarına silah ötürülməsi ilə bağlı məlumatların dərc olunmasına icazə verib.

Açıqlamada iddia edilir ki, İsrail tərəfindən HƏMAS və “Hizbullah”dan ələ keçirilən bu silahlar Tehran rejimini devirmək planının bir hissəsi olaraq kürd qruplarına ötürülən silahlar arasındadır.

Açıqlamada iddia edilir ki, İsrail bununla İranın silahlarından özünə qarşı istifadə etməyi hədəfləyib.

İsrail Ordusu Kəşfiyyat İdarəsinin (AMAN) keçmiş rəhbəri Tamir Hayman bu yaxınlarda PBS-ə verdiyi müsahibədə İsrailin Tehran rejimini devirmək üçün bir sıra gizli planlar həyata keçirməyə çalışdığını, o cümlədən PKK terror təşkilatı ilə əlaqəli qrupların hücumlarını təhrik etdiyini və İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın yenidən hakimiyyətə gətirildiyini iddia edib.

Heyman həmçinin bildirib ki, ABŞ və İsrailin İran əleyhinə kürd qruplarını silahlandırmaq və onları Tehran rejiminə qarşı səfərbər etmək planı prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampı onlara qarşı hərəkətə keçməyə razı salmasından sonra pozulub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!