Əsas məzmuna keç

Tbilisidə piyada körpüsündə yanğın

Gürcüstanın paytaxtı Tbilisidə Vağzal meydanı ərazisindəki piyada körpüsündə yanğın baş verib.

Tezadlar.az Gürcüstanın Birinci Kanalına istinadən xəbər verir ki, yanğın körpüdə yerləşən mağazalardan birində başlayıb.

Fövqəladə Halların İdarə Olunması üzrə Xidmətdən bildirilib ki, hadisə yerinə yanğınsöndürmə-xilasetmə bölmələri cəlb edilib, alovun söndürülməsi istiqamətində işlər aparılır.

Yanğının səbəbi və xəsarət alanlar barədə məlumat hələ ki dəqiqləşdirilməyib.

Hadisə yerində 10-a yaxın yanğınsöndürmə briqadası çalışır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…