5 İyun 2026 / 07:45

Kolumbiyada gəmidə partlayış nəticəsində 4 nəfər ölüb, xəsarət alanlar var

Kolumbiyada gəmidə partlayış nəticəsində 4 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kartaxena şəhərində gəmiqayırma zavodunda təmir işləri aparılan yük gəmisində baş verib.

Məlumata görə, partlayış nəticəsində daha on bir nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanalara çatdırılıb, vəziyyətləri ağırdır.

Regional Səhiyyə İdarəsi bildirib ki, partlayışın səbəbi məlum deyil.

Partlayışdan sonra gəmidə yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım əməkdaşları, mülki müdafiə və risklərin idarə edilməsi bölmələrinin əməkdaşları cəlb olunub.

Hadisənin səbəbini müəyyənləşdirmək üçün araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!