Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2026 / 13:33

Mikayıl Müşfiq yad olundu- FOTOLAR

Bu gün unudulmaz şair Mikayıl Müşfiqin xatirəsi abidəsi önündə yad olunub. Tezdlar.az xatırladır ki, bu barədə millət vəkili, akademik Rəfael Hüseynov öz sosial media platformasında paylaşım edib. Sitat: “Bu gün iyunun 5-ində səhərimi Müşfiq abidəsinin ziyarətindən başladım. Hər il olduğu kimi yenə Müşfiq abidəsinin ətrafı izdihamlı idi. Müşfiq şeirini, ədəbiyyatımızı, dilimizi, yurdumuzu sevənlər toplaşmışdılar. Ora toplaşanların hər birinə Müşfiq xatirəsinə ehtirama görə təşəkkür etdim. Nə qədər ki, Azərbaycan boyu belə sevənləri var, Müşfiq diri qalacaq. Müşfiqin öz nəslindən olanlar, Dilbər Axundzadənin yadigarları, Əhməd Cavadın, Cəfər Cabbarlının nəvə-nəticələri, Azərbaycanın məşhur ədib nəsillərinin təmsilçiləri gəlmişdilər. Bu gün növbəti dəfə füsünkar abidəsinin çevrəsində bir Müşfiq, şeir, Vətən bayramı yaşandı. Mən də bu əziz gündə Müşfiqin hüzurunda düşüncələrimi bölüşdüm…”.
Ruhu şad olsun!
n
 
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!