5 İyun 2026 / 15:34

Azərbaycan-İsrail dostluğuna kitab həsr etmiş Professor İsrail Səfirliyinə dəvət edildi-FOTOLAR

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” adlı kitabının(iki dildə) müəllifi, Professor Vaqif Abdullayev İsrailin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun dəvəti ilə səfirliyə dəvət olunub. Professor V.Abdullayevi səmimi qarşılayan səfir ona bu möhtəşəm nəşrə görə təşəkkürünü bildirib və ona təşəkkür məktubunu təqdim edib.

Tezadlar.az-a görüş barədə danışan Vaqif Abdullayev bunları dedi:

vaq

-İsrail Dövlətinin ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun dəvəti ilə İsrailin Azərbaycandakı Səfirliyində oldum… Bu yaxınlarda müəllifi olduğum Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” adlı kitabı nəşr etdirdiyimə görə, səfir mənə dərin minnətdarlığını bildirdi. O, kitabın Səfirliyin binasında öz xüsusi yerini aldığını və diplomatların maraqlı nəşrlərindən birinə çevriləcəyinə əminliyini ifadə etdi. Cənab Krausz Azərbaycan və İsrail arasındakı tarixi dostluq əlaqələrinə, yәhudi vә Azәrbaycan xalqları arasında әnәnәvi tarixi və mәdәni köklәrә әsaslanan sarsılmaz dostluq vә qardaşlığa, iki ölkәnin ictimai-siyasi, iqtisadi-sosial, elmi-humanitar münasibətlərinin müasir vəziyyətinə toxundu. Ulu öndər Heydər Əliyevin İsrail və Azərbaycan xalqları arasında tarixi dostluğun inkişafına xüsusi diqqət yetirməsinə, Cənab Prezident İlham Əliyev də İsrail dövləti ilə münasibətlərə xüsusi önəm verməsinə diqqət çəkdi. Eləcə də Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın humanizm diplomatiyasında İsrail xalqına və mədəniyyətinə verdiyi yüksək hörmət barədə fikirlər sələndirildi. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək əməkdaşlığımızın səviyyəsindən məmnunluğunu bildirdi. Səfir onu da qeyd etdi ki, bu cür kitabların nəşr edilməsi iki xalq arasında əlaqələrin möhkəmlənməsinə xüsusi töhfə verir, gələcək nəsillər arasında qarşılıqlı etimad və rəğbəti daha da gücləndirir. Həmçinin əlavə etdi ki, kitabın Səfirliyin təşəbbüsü ilə ibrit və ingilis dilinə tərcümə olunaraq böyük tirajla yenidən nəşr edilməsi və İsraildə  Azərbaycan səfirliyinin, ictimai-siyasi dairələrin nümayəndələrinin iştirakı ilə geniş təqdimatı nəzərdə tutulur.  Cənab Səfir öz imzası ilə təşəkkür məktubunu mənə təqdim etdi. Bir vətəndaş olaraq mənə göstərilən bu dərin hörmət və etimada görə, bir daha dərin təşəkkürümü bildirirəm.  Bu, Azərbaycan və Yəhudi xalqları arasında möhkəm dostluq münasibətlərinə verilən yüksək dəyərin nümunəsidir….

Dinlədi: A.Məmmədli 

vaq
 
vaqif
 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!