6 İyun 2026 / 03:35

Tramp: İranı çox tezliklə tərk edəcəyik

İranla razılaşma prosesinin sona yaxınlaşdığı mesajını verən ABŞ prezidenti Donald Tramp “İranı çox tezliklə tərk edəcəyik, istər razılaşma yolu ilə, istərsə də çox sərt bir üsulla, hər halda bu baş verəcək” deyib.

Tezadlar.az xəbər verir ki, prezident Tramp Viskonsin ştatındakı kənd təsərrüfatı ərazilərinə səfəri zamanı etdiyi çıxışında mövcud məsələləri qiymətləndirib.

Tramp ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdırmağa çalışdıqlarını, lakin İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün İrana qarşı hərbi əməliyyatlara başladıqlarını iddia etdi və bu vəziyyətin tezliklə bitəcəyi mesajını verib.

ABŞ Prezidenti deyib: “İranı çox tezliklə tərk edəcəyik, istər razılaşma yolu ilə, istərsə də çox sərt bir üsulla, hər halda bu baş verəcək. Bəlkə də ən sərt üsullar ən asan yoldur, amma biz oradan çıxacağıq”.

Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almalı olduqlarını və bunun üçün hərəkətə keçdiklərini iddia edərək, “Biz İrandan gələn nüvə təhdidini aradan qaldırmalı idik. Buna yol verə bilməzdik. Heç kim bunun baş verməsini istəmirdi. Biz buna əsasən nail olmuşuq. Görəcəksiniz ki, bu və ya digər şəkildə buna son qoyulub” deyib.

Tramp həmçinin ABŞ-da enerji qiymətlərinin İranla bağlı proses başa çatdıqdan qısa müddət sonra düşəcəyini iddia edərək, amerikalılardan səbirli olmalarını istəyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!