6 İyun 2026 / 04:13

Ermənistanın Avropa İttifaqına qoşulduqdan sonra itkiləri ÜDM-in on faizini təşkil edəcək

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya verdiyi açıqlamada bildirib ki, Ermənistan Avropa İttifaqına qoşulduqdan sonra Ümumi Daxili Məhsulunun (ÜDM-in) on faizini itirəcək.

Tezadlar.az-ın məlumatına görə, o bildirib ki, “itkilər ÜDM-in on faizini təşkil edəcək”.

Qaluzin sözlərinə görə, Ermənistan Rusiya üçün müttəfiq və strateji tərəfdaş olaraq qalır, lakin İrəvan üçün tamamilə haqlı suallar var.

Əvvəllər Rusiya prezidenti Vladimir Putin Ermənistandakı mövcud vəziyyəti 2014-cü ildə Ukraynadakı böhranla müqayisə etmişdi. Kreml Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri liderlərinin birgə bəyanatını dərc edərək Ermənistanda Avropa İttifaqına qoşulmaq və ya AİB-də qalmaqla bağlı referendum keçirilməsini tələb etmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyan daha sonra ölkədə belə bir referendumun keçirilməsini məntiqsiz adlandırıb. Onun sözlərinə görə, İrəvan rəsmi olaraq Aİ-yə üzvlük üçün müraciət edənə və ya namizəd statusu almağa yaxın olana qədər səsvermənin keçirilməsi məntiqsizdir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!