Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehranın gücü və qüruru səbəbindən İranla danışıqlar təxirə salınıb.
Tezadlar.az bildirir ki, ABŞ lideri bu açıqlamanı “NBC News” müxbirləri ilə söhbətində verib.
Trampın sözlərinə görə, Vaşinqton və Tehran hələ müharibəni bitirmək üçün razılığa gələ bilməyiblər, çünki İran “güclü və qürurludur”, lakin nəticədə İslam Respublikasının razılığa gəlməkdən başqa “çarəsi yoxdur”.
Ağ Ev rəhbəri qeyd edib ki, “Onlar güclüdürlər, qürurludurlar, heç vaxt etməli olduqlarını düşünmədikləri şeylər var. Onların başqa seçimləri yoxdur və bu, vaxt tələb edir”.
Daha əvvəl Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi əməliyyatların bərpasına əmr verə biləcəyinə işarə etmişdi.
E.ŞİRİNOV