6 İyun 2026 / 08:46

İran ABŞ bazalarını raketlərlə hədəfə aldı

İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ABŞ ordusunun Sirik və Qeşm adalarına hücumundan sonra bölgədəki ABŞ bazalarını raketlərlə hədəfə aldığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, İKK bölgədəki ABŞ bazalarının hədəfə alınması ilə bağlı açıqlama verib.

Açıqlamada deyilir: “Uşaq öldürən və terrorçu ABŞ ordusunun Suriya və Qeşm adalarına hücumundan sonra düşmənin bölgədəki bazaları Aerokosmik Qüvvələrin raketləri ilə vurulub”.

Qarşılıqlı hücumları ətraflı izah edən açıqlamada İKK yerli vaxtla saat 01:30-da dörd neft tankerinin icazəsiz Hörmüz boğazından keçməyə cəhd etdiyini, bunun ardınca dörd neft tankerindən birinin hədəfə alındığını və daha sonra yerli vaxtla saat 02:00-da ABŞ-ın Suriya və Qeşm adalarındakı iki rabitə qülləsinə raket hücumu etdiyi qeyd edilib.

Açıqlamada qeyd olunur ki, bu hadisələrdən sonra İnqilab Keşikçiləri Korpusu Küveytdəki ABŞ-ın Əli əl-Salim Hava Bazasını və Bəhreyndə Beşinci Donanma Qərargahını hədəfə alıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!