Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Cənubi Koreyanın Pyontek şəhərində “Tesla” markalı avtomobili və şəhərlərarası avtobusun toqquşması nəticəsində 2 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “JoongAng Daily” qəzeti məlumat yayıb.
Toqquşma nəticəsində “Tesla”nın sürücüsü və avtomobildəki sərnişin həlak olub.
Eyni zamanda, avtobusda olan 6 nəfər, o cümlədən sürücüsü xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Polisin məlumatına görə, qəzadan bir qədər əvvəl “Tesla”nın sürücüsü hadisə yerindən təxminən 2,7 kilometr aralıda yerləşən polis postunda dayanmayıb və qaçmağa cəhd edib. İstintaq ehtimal edir ki, qəza anında avtomobil sürət həddini əhəmiyyətli dərəcədə aşıb.
Qəzanın təfərrüatları aydınlaşdırılır.