6 İyun 2026 / 12:38

Uitkoff və Kuşner İran danışıqlarına hazırlıq məqsədilə nüvə mütəxəssisləri ilə görüşüblər

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin İranla mümkün nüvə danışıqlarına hazırlıq məqsədilə Tennessi ştatında nüvə mütəxəssisləri ilə görüşdüyü iddia edilib.

Tezadlar.az xəbər verir ki, “American Axios” platformasına danışan iki ABŞ rəsmisinin sözlərinə görə, Uitkoff və Kuşner Tennessi ştatındakı Oak Ridge Milli Laboratoriyasında uran emalı və santrifüj texnologiyaları üzrə mütəxəssislərlə görüşüblər.

Rəsmilər iddia ediblər ki, mümkün nüvə danışıqlarına hazırlıq məqsədilə keçirilən görüş nəticəsində İran və ABŞ arasında ilkin razılaşma əldə olunarsa, danışıqları dəstəkləmək üçün təxminən 100 mütəxəssisdən ibarət qrup yaradılacaq.

Anlaşma memorandumu davam edir

Hesabatda həmçinin iddia edilir ki, Ağ Ev İranla müharibəyə son qoyacaq və hərtərəfli nüvə danışıqlarına yol açacaq anlaşma memorandumu üzərində işləyir və mümkün danışıqlar başlayarsa, texniki mütəxəssislər prosesə daxil ediləcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!