Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində Livan ordusunun iki hərbçisi ölüb.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Xardəli-Nəbatiyyə yolu üzərində hərəkətdə olan hərbi nəqliyyat vasitəsinə PUA hücumu nəticəsində briqada generalı Vesam Sabra və onu müşayiət edən daha bir hərbçi həlak olub.
Livan Ordusunun yaydığı bəyanatda hücum “vəhşi və təcavüzkar zərbə” kimi qiymətləndirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə çərşənbə günü iki ölkə arasında yeni atəşkəs razılaşması əldə edildikdən cəmi bir neçə saat sonra İsrail və “Hizbullah” arasında qarşılıqlı zərbələr qeydə alınıb.
Bundan əvvəl “Hizbullah” İsrail və Livan hakimiyyətləri arasında əldə edilmiş atəşkəsin şərtləri ilə razılaşmadığını bəyan etmişdi. Qruplaşmanın lideri Naim Qassem cümə axşamı bildirib ki, “işğal davam etdiyi müddətdə müqaviməti dayandırmaqla bağlı heç bir öhdəlik götürməmişik”. O, İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasının vacibliyini vurğulayıb.