6 İyun 2026 / 16:11

Hörmüz boğazında silahlar yenidən səsləndi: ABŞ və İran qarşılıqlı zərbələrlə cavab verdilər

Dünya ABŞ və İran arasında daimi atəşkəs gözləyərkən, iki ölkə arasında münaqişə yenidən alovlanıb. ABŞ Hörmüz boğazında dörd İran pilotsuz təyyarəsini vurub. İran da öz növbəsində Küveyt və Bəhreyndəki ABŞ bazalarını hədəf aldığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında dəniz nəqliyyatı üçün birbaşa təhlükə yaradan dörd İran pilotsuz təyyarəsinin vurulduğu bildirilib. Həmçinin qeyd edilib ki, ABŞ ordusu Goruk bölgəsində və Qeşm adasında İran sahil müşahidə radar qurğularına zərbələr endirib.

İRAN BƏHREYN VƏ KÜVEYTDƏKİ HƏRBİ BAZALARI HƏDƏFƏYƏ ALIB

İranın cavabı sürətli olub. İnqilab Keşikçiləri Bəhreyn və Küveytdəki ABŞ hərbi bazalarını hədəf aldığını açıqlayıb. Küveyt ordusu raket və pilotsuz təyyarə hücumları səbəbindən hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirib. Bəhreyn Daxili İşlər Nazirliyi ölkə daxilində sirenlərin işə salındığını açıqlayıb. Küveytdə partlayışlar və Bəhreyndə sirenlərin işə salınması barədə xəbərlərdən sonra bəhreynlilərə və xarici vətəndaşlara sakit qalmağa və ən yaxın təhlükəsiz ərazilərə getməyə çağırılıb.

İRAN RAKETLƏR İLƏ DAHA BİR MESAJ GÖNDƏRİR

İran hücumla bağlı yeni şəkillər yayımlayıb. Şəkillərdə raketə yapışdırılmış karikatura da var idi. Karikaturada ABŞ ordusunun itkilərinin İsrailə aid olduğu mesajı çatdırılıb. Rəsmdə Netanyahu üzərində “Xidmətlərinizə görə təşəkkür edirəm” sözləri yazılmış Amerika bayrağı ilə örtülmüş tabuta baxır.

Başqa bir şəkildə müharibənin əvvəlində öldürülən İranın keçmiş dini lideri Əli Xameneinin “Sevgi yolunda verdiyimiz vədləri pozmayacağıq” başlığı ilə çəkilmiş fotosu göstərilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!