Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp İranı danışıqlar masasına qayıtmağa çağırıb.
Tezadlar.az xəbər verir ki, “Fox News”in məlumatına görə, İsraildə siren səsləri eşidildikdən sonra danışan Tramp İranın İsrailə raket hücumlarının davam edən danışıqlara “qətiyyən kömək etməyəcəyini” bildirib.
Tramp bildirib ki, “İrana təklifim budur: Raketlərinizi atdınız, bu kifayətdir. Masaya qayıdın və razılaşma əldə edin”.
ABŞ prezidenti həmçinin İsrailin bu gün Beyruta hücumuna münasibət bildirərək deyib: “Mən bundan məmnun deyiləm”.
Bu arada, “Axios”-a verdiyi təcili xəbər açıqlamasında Tramp İsrailin Baş naziri Benyamin Netanyahudan İran raketlərinə qarşı qisas almamasını xahiş edəcəyini bildirib.
“İndi baş verənlərə görə bu prosesin pozulmasını istəmirəm”
ABŞ prezidenti Tramp bildirib ki, “İranın raket hücumu heç kimə dəyməyib. Ümid edirəm ki, İsrail cavab verməz. Netanyahu cavab verərsə, hadisələr son 47 ildə və ya son 3000 ildə olduğu kimi uzanacaq”.
İranla yekun razılığa gəlməyə yaxın olduqlarını vurğulayan Tramp deyib: “Bu, yaxşı bir razılaşma olacaq. İndi baş verənlərə görə bu prosesin pozulmasını istəmirəm”.
Tramp əlavə edib: “Bir azdan Netanyahuya zəng edib cavab verməməsini söyləyəcəyəm. Hər iki tərəf öz töhfəsini verib. İsrail hücumunu həyata keçirib, İran isə hücumunu həyata keçirib. Başqa bir hücuma ehtiyacımız yoxdur”.
Atəşkəsə baxmayaraq, İsrail ordusu bu gün Livanın paytaxtı Beyrutun Dahiye rayonuna hava hücumu həyata keçirib. İran rəsmiləri İsrailin bu hücumuna reaksiya verərək cavab verəcəklərini açıqlayıblar.
İran ordusu İsrailin Livana hücumlarının mərkəzi olan Ramat David Hava Bazasını ballistik raketlərlə hədəf aldığını açıqlayıb.
E.ŞİRİNOV