Əsas məzmuna keç

Azərbaycan dövləti ilə mübarizə aparanlar xoşbəxt olmur-EKSPERT YAZIR

Dəfələrlə demişəm: Azərbaycan dövləti ilə mübarizə aparanlar xoşbəxt olmur. Bu dəfə Türkiyə prezidentinin keçmiş baş müşaviri Oktay Saral daha əvvəl Azərbaycan əleyhinə dediklərini bir bir yalayıb. Onun dediklərini olduğu kimi təqdim edirəm:
“Ben hükümet sözcüsü değilim. Cumhurbaşkanlığı adına konuşmuş değilim. Ben de insanım, benim de duygularım var”.
Oktay Saral özbaşına Azərbaycan və onun Prezidentinin əleyhinə bəyanat verə bilməzdi. Bu son illərdə İsrail ilə münasibətlərə görə anti Azərbaycan kompaniyasının açıq müstəvidə davamı udi. Saral məntiqsiz, amma rəhbərliyin qapalı siyasi kursuna uyğun bəyanat verdi, rəhbərlik isə özünü xilas etmək üçün gec də olsa Saralı vəzifədən azad etdi.
Saralın vəzifədən uzaqlaşdırılması doğru addımdır, amma münasibətlərin bərpası üçün yetərli deyil.
Dünyanın ən böyük ölkələrindən biri olan qardaş Türkiyənin prezidentinin vəzifəyə təyin etdiyi baş müşaviri anlamır ki, onun ağzından çıxan söz Türkiyə dövlətinin mövqeyini ifadə edir.
Bunu Azərbaycanda bilməyən istənilən dövlət qulluqçusu, hətta kənd icra nümayəndəsi bir gün vəzifədə qala bilməz.
Həqiqətən də bəzən çox aşağı dövlət ağlına malik insanlar qısa müddətdə yüksək vəzifələrə təyin olunur və on milyonlarla insanı idarə edirlər.
Saral kimi siyasətçilərə görə bu gün dünyada dostlar rəqibə çevrilir, müharibələr bitmir, yeni münaqişələr yaranır, insanlar rahat yaşaya bilmir.
Sonunda isə “mənim duyğularım var” deyib kənara çəkilirlər.
Bu dəfə sadəcə kənara çəkilmək alınmadı. Azərbaycan dövləti beyin azlığından əziyyət çəkən siyasətçilərə bir məsuliyyət nümunəsi təqdim etdi.
Yəqin ki, bu nümunə sonuncu olmayacaq.
Ədalət Verdiyev,
hərbi ekspert
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…