Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Parlaq Ermənistan lideri hazırkı baş nazir Nikol Paşinyanın qələbə elanını bütün seçki qaydalarının pozulması adlandırıb.
Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, Paşinyan bülletenlərin 10%-dən az hissəsi sayıldıqdan sonra qələbəni və təkbaşına hökumətin qurulmasını elan edib. Bu arada, Vətəndaş Müqaviləsi partiyasının səs payı tədricən azalır və 50%-dən aşağı düşə bilər.
“Nə edirsiniz? Hələ ki, Yerevan üçün məlumat yoxdur, necə qalib gələ bilərsiniz?” – Marukyan video müraciətində bildirib.
O, bunun bütün seçki qaydalarını pozduğunu iddia edib. Siyasətçi əsas müxalifət partiyalarının liderlərinə seçki məntəqələrinin məlumatlarını təqdim etmələrini xahiş edib. Daha əvvəl Nikol Paşinyan gecə brifinqi zamanı parlament seçkilərində qələbəsini elan etmişdi, baxmayaraq ki, həmin vaxta qədər Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin dörddə birindən az hissəsinin məlumatlarını emal etmişdi.
Qeyd etmək lazımdır ki, Ermənistan Mərkəzi Seçki Komissiyası Milli Məclis seçkilərində verilən səslərin təxminən 20%-nin məlumatlarını emal edib.
526 seçki məntəqəsindən ümumilikdə 239.700 bülleten sayılıb. Aparıcı siyasi qüvvələr aşağıdakı nəticələri əldə ediblər:
Vətəndaş Müqaviləsi – 51.13%;
Güclü Ermənistan Bloku – 23.31%;
Ermənistan Bloku – 9.71%;
Çiçəklənən Ermənistan Partiyası – 4.11%.
Qalan partiyalar hələ 4% həddini keçə bilməyiblər.
Səsvermədə cəmi 1.224.957 nəfər iştirak edib. Seçkilərdə on altı partiya və iki blok iştirak edir.
E.ŞİRİNOV