Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hakim Vətəndaş Müqaviləsi Partiyasının lideri, Ermənistanın Baş naziri Nikol Paşinyan vaxtından əvvəl qələbəsini elan edib. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Nikol Paşinyan qeyd edib ki, təmsil olunduğu partiya hökuməti müstəqil şəkildə formalaşdıracaq: “İlk növbədə seçkilərdə iştirak edən və öz iradələri ilə səs verən Ermənistan Respublikasının bütün vətəndaşlarına təşəkkür etmək istəyirəm. Vurğulamaq istərdim ki, 2021-ci illə müqayisədə “Vətəndaş Müqaviləsi ” partiyası daha çox sayda Ermənistan Respublikası vətəndaşının dəstəyini və daha böyük etimad mandatını qazandı. Bu, bizim üzərimizə böyük məsuliyyət qoyur və Ermənistan Respublikası vətəndaşlarının dövləti, müstəqilliyi, gələcəyi və sülhü müdafiə etmək üçün ayağa qalxması deməkdir. Əziz Ermənistan Respublikasının vətəndaşları, hamınızı sevirəm, hamınızla fəxr edirəm və hamınızın qarşısında baş əyirəm”, – deyə Nikol Paşiniyan qeyd edib.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Nikol Paşinyanın partiyası hazırda parlament seçkilərində səslərin 54,7%-i ilə liderlik edir.