8 İyun 2026 / 08:16

İsrail Livanı bombalamağı dayandırmayacaq

İsrail ordusu Livanda “Hizbullah”ın hədəflərinə hücum etməyə davam edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin bildirib.

​​O, İranın İsrailin şimalına raket hücumuna münasibət bildirib:

“Biz “Hizbullah”ın İsrailin şimal şəhərlərini davamlı olaraq atəşə tutması səbəbindən Dahiyaya hücum etdik. İsrail Müdafiə Qüvvələri Livan boyunca fəaliyyətini davam etdirəcək və “Hizbullah”a daha çox ziyan vuracaq. İsrail mülki əhalisinin bundan sonra da atəşə tutulmasına icazə verməyəcəyik”.

General İranın raket zərbəsini ciddi səhv adlandırıb. Onun sözlərinə görə, İsrail ordusu belə bir ssenariyə hazır olub: “Biz həm müdafiə, həm də hücum əməliyyatlarına hazırıq. Hava hücumundan müdafiə sistemləri ölkə daxilində yerləşdirilib”.

Qeyd edək ki, İran Beyruta hücuma cavab olaraq İsrailə raketlər atıb. İsrail ordusu raketlərin ələ keçirildiyini bəyan edib. Öz növbəsində ABŞ Prezidenti Donald Tramp İsrail və İrana çağırış edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!