8 İyun 2026 / 08:38

Yəməndəki Husi üsyançıları İsrailə ballistik raket atıblar

Yəməndəki Husi üsyançıları (Ənsarullah Hərəkatı) İrana hücumlardan sonra İsrailə ballistik raket atıblar, İsrail ordusu isə ölkənin müxtəlif yerlərində sirenlərin işə salındığını və raketin hava hücumundan müdafiə sistemləri tərəfindən tutulduğunu açıqlayıb.

Tezadlar.az bildirir ki, İsrail ordusunun ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında verdiyi açıqlamada Yəməndən raket atılmasının aşkarlandığı bildirilib.

Açıqlamada raketin mərkəzi İsrailin böyük ərazilərində və işğal olunmuş Fələstin ərazilərindəki qanunsuz yaşayış məntəqələrində həyəcan siqnalı verdiyi qeyd edilib.

Ordunun başqa bir açıqlamasında Yəməndən atılan raketin hava hücumundan müdafiə sistemləri tərəfindən tutulduğu açıqlanıb.

İsrail mətbuatında yer alan xəbərlərdə raket aşkar edildikdən sonra Təl-Əvivdə, ölkənin mərkəzi və cənub bölgələrində və işğal olunmuş Fələstin ərazilərindəki qanunsuz yaşayış məntəqələrində sirenlərin səsləndirildiyi bildirilib.

Bu hücumun 8 apreldə Yəməndə ABŞ ilə Husilər arasında əldə edilən atəşkəsdən bəri Husilər (Ənsarullah Hərəkatı) tərəfindən İsrailə qarşı həyata keçirilən ilk raket hücumu olduğu bildirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!