8 İyun 2026 / 14:32

İsrail son 24 saatda Qəzzada daha 9 nəfəri öldürdü

İsrail ordusu atəşkəsə baxmayaraq, son 24 saatda Qəzza zolağına hücumlarında 9 fələstinlini öldürüb və 43 nəfəri yaralayıb

İsrail ordusu 2025-ci ilin oktyabr ayında əldə edilən atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.

Tezadlar.az xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri davam edən İsrail hücumları nəticəsində baş verən itkilərlə bağlı son məlumatlar paylaşılıb.

Qeyd edilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalara 9 ölü və 43 yaralı gətirilib.

Atəşkəs 10 oktyabr 2025-ci ildə qüvvəyə minəndən bəri İsrailin Qəzzaya hücumlarında 970 nəfər həlak olub, 3063 nəfər yaralanıb və dağıntılar altından 782 cəsəd çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayı 72.980-ə çatıb, 173.171 nəfər yaralanıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!