Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bəzi media subyektlərində və sosial şəbəkələrdə doğru olmayan, çaşdırıcı məlumat yayırlar ki, guya bayraqdar Cahid Hilaloğlunun məzarı indi tapılıb və s. Avropa Mətbuat Federasiyasının üzvü, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili yalnışlıqlara aydınlıq gətirərək bu fikirləri təkzib edib və özünün fb platformasında belə bir status paylaşıb:
“Deməyə məcburam: Sovet rejiminə etiraz, Azərbaycanın müstəqilliyinə məhəbbət ruhu ilə üzrəngli bayrağımızı ilk dəfə 1956-cı ildə Qız qalası üzərində dalğalandıran, buna görə “KQB” tərəfindən həbs edilərək Rusiyanın ucqarlarına sürgün olunan Cahid Hilaloğlu cəzasını çəkəndən sonra Ağdam Dövlət Dram Teatrında işə düzəlir… Nəhayət, 1991-ci ildə naməlum şəraitdə nömrəsiz avtomobillə vurulur, həlak olur… Onu Ağdamın Mərzili kəndində dayısı oğlu, həmin vaxt kənddə məsul vəzifədə çalışan Həsən Əliyevin ailə məzarlığında dəfn edirlər… Və kənd 2020-ci ildə erməni işğalından azad ediləndən sonra qohumları onun da qəbrini təmizləyir, üstünə lövhə qoyurlar… Bu yaxınlarda isə Akademik, millət vəkili Rəfael Hüseynov AzTV-də Cahid Hilaloğlu haqqında olduqca maraqlı açıqlamalar verdikdən sonra “Təzadlar”da bu barədə məlumatlar yazıldı, paylaşımlar olundu. Bu, Cahid Hilaloğlunun qızı, Xalq artisti Naibə Allahverdiyevanın atası haqqında olan paylaşımları ilə eyni vaxta təsadüf etdi… Beləliklə, Naibə xanımın arzu və istəyi ilə biz iyunun 6-da birlikdə Mərzili qəbiristanlığına yola düşdük… Naibə xanımla bərabər, Cahid Hilaloğlunun Bakıdakı doğmaları da onun məzarını ziyarət etməyə gəlmişdilər… Bunlar foto və videogörüntülərdə geniş əks olunub, tezliklə tam şəkildə təqdim ediləcək… Lakin bəzi elektron media subyektlərində doğru olmayaraq “Cahid Hilaloğlunun qəbri tapıldı” və s. kimi çaşdırıcı məlumatlar yayılır… Bir daha xatırladırıq ki, Cahid Hilaloğlunun qəbri tapılmayıb, bu məzarın yeri-yurdu hamıya, eləcə də qızı Naibə Allahverdiyevaya məlum idi, lakin işğal dövründə təbii ki, heç kim o məzarlığa yaxın düşə bilməmişdi, amma işğaldan sonra məzar qohumlar tərəfindən digərləri kimi, eyni qaydada ziyarət edilib… Eləcə də, yuxarıda dediyim kimi, 2026-cı ilin iyunun 6-da bizimlə birlikdə qızı, Xalq artisti Naibə Allahverdiyeva da Mərzilidə Cahid Hilaloğlunun qəbrinin ziyarətində oldu…”.
