Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2026 / 08:45

İsrail İran ərazisinə bu raketləri atıb- İNANILMAZ

…iki gün əvvəl- 8 iyun gecəsi İran ərazisinə İsrailin son hücumları zamanı dünyada ən nadir və dəqiq idarə olunan silah növlərindən biri olan, həm də hava vasitəsindən buraxılan ballistik raketlərdən istifadə edilib. Tanınmış hərbi ekspert Idalət Verdiyev bu raketin texniki imkanlarını şərh edib. Sitat: “…Ənənəvi “yer-yer” raketlərindən fərqli olaraq, bu cür sursatlar müxtəlif istiqamətlərdən fəaliyyət göstərən döyüş təyyarələrindən atıla bilər, bu isə düşmənin hava hücumundan müdafiə sistemlərinin işini xeyli çətinləşdirir.
İsrail heç vaxt rəsmi olaraq bu cür silahların tətbiqini qəbul etməyib, lakin illər ərzində xarici nəşrlərdə bu tip bir neçə İsrail inkişafı qeyd olunub.
Amma hazırda İsrailin silahlanmasında aşağıdakı “hava-yer” tipli ballistik raketlər mövcuddur:
1. “Elbit Systems” və “Israel Aerospace Industries” tərəfindən istehsal olunan “Rampage”;
2. “Rafael”-in istehsal etdiyi “Rocks”;
3. “Israel Aerospace Industries” tərəfindən istehsal olunan LORA;
4. “Rafael” tərəfindən Hetz (Ox) raketi.
Açıq mənbələrə görə, bu cür raketlər yüksək sürət və dəqiqliyi qoruyarkən düşmən hava hücumundan müdafiə sistemlərinin məhvetmə zonasının sərhədlərindən kənarda buraxıla bilər.
Bu cür raketlər arasındakı əsas fərq ballistik hədəfin sürəti və havadan buraxılışın çevikliyinin birləşməsidir. Ənənəvi ballistik raketlər əvvəlcədən müəyyən edilmiş ərazilərdən buraxılsa da, havadan buraxılışlar onların demək olar ki, istənilən istiqamətdən buraxılmasına imkan verir. Bu, təhdid aşkarlanmasını çətinləşdirir və havadan müdafiə sistemləri üçün cavab müddətini azaldır.
İsrailin bu cür imkanlara malik olması əvvəllər dəfələrlə bildirilib. 2024-cü ildə sızdırılan Pentaqon sənədlərində İsrailin “Rocks” sistemi və “Golden Horizon” adlı layihə də daxil olmaqla havadan buraxılan ballistik raketlərin sınaqlarından bəhs olunurdu.
İsrailin 2025-ci ildə Qətərdə HƏMAS hədəflərinə qarşı əməliyyat zamanı oxşar silahlardan istifadə etdiyi ehtimal edilirdi. İndi isə İsrail Hərbi Hava Qüvvələrinə aid F-15 və F-35 qırıcı təyyarələrindən ballistik raketlərin atılması məlum olub.
Xatırladıram ki, Azərbaycanın Raket və Artilleriya Qoşunları Vətən Muharibəsi zamanı düşmən müdafiəsinin operativ dərinliyində yerləşən vacib hədəflərə qarşı özüyeriyən platforma üzərində yerləşdirilən “yer-yer” tipli LORA raketindən uğurla istifadə edib. Buna görə də İsrail tərəfindən eyni raketin “hava-yer” versiyasının hazırlanması və tətbiqi tamamilə mümkündür”.
Maraqlıdır ki, İran bu raketin zərərləşdirilməsi üçün alternativ müdafiə sistemini qura bilmir…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!