Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2026 / 11:25

“Azercell Telekom” abunəçilərinin diqqətinə: Bəzi xidmət və tarif şərtləri dəyişdirlir…

“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin optimallaşdırılması məqsədilə 09.07.2026-cı il tarixdən etibarən aşağıda qeyd olunan xidmətlərin istifadə şərtlərində dəyişikliklər tətbiq ediləcək.

Tezadlar.az  xəbər verir ki, fakturalı xətt sisteminə aid nömrələrin abunəçiləri üçün nəzərdə tutulmuş “Yeni Hər Yerə”, “SuperSən 3GB”, “SuperSən 6GB”, “SuperSən 10GB”, “SuperSən 20GB”, “SuperSən 30GB”, “Premium 50GB”, “Premium 75GB”, “Premium 100GB”, “DövlətCell” tariflərinə yeni qoşulmalar dayandırılacaq. Qeyd olunan tarixə kimi müvafiq tarif paketlərinə qoşulan abunəçilər mövcud abunəlikləri ləğv edilənə qədər paketlərindən istifadəyə davam edə biləcəklər.

01 iyul 2026-cı il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Qaynar Xəbər”, “iLike” və “Ordan-Burdan” xidmətləri (müvafiq olaraq “9622”, “9623” və “9624” qısa nömrələri üzərindən təqdim edilir) ləğv ediləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!