Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı şəhəri və Salyan rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC-dən Tezadlar.az-a məlumat verilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün paytaxt və Salyanda elektrik şəbəkəsində yenidənqurma və təmir işləri həyata keçiriləcək.
Elektrik enerjisinin verilişində məhdudiyyətlər aşağıdakı ünvanları əhatə edəcək:
Bakı şəhəri üzrə:
– Nizami rayonu: Nizami RETSİ ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir-təftiş işləri zamanı saat 10:00-dan 13:00-dək fasilə Bəhruz Nuriyev küçəsini əhatə edəcək.
– Suraxanı rayonu: Suraxanı RETSİ-nə daxil olan 35/6 kV-luq “BMTZ” yarımstansiyasında yenidənqurma işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə, İlqar Məmmədov və Vüqar Bədəlov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Salyan rayonunda Salyan Elektrik Şəbəkəsi (EŞ) ərazisində 110/35/6 kV-luq “Salyan” yarımstansiyasından qidalanan 35 kV-luq 710 saylı hava xəttinə toxunan ağaclar budanacaq. İməcilik işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Kərimbəyli, Qaraçala, Çadırlı, Bəşirbəyli, Pambıqkənd, Yolüstü, Yeni Uluxanlı, Varlı, Peyk və Düzənlik kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq. Həmçinin Noxudlu kəndinin elektrik şəbəkəsində aparılacaq yenidənqurma işləri ilə əlaqədar həmin saatlarda Aşağı və Yuxarı Noxudlu kəndləri gərginliksiz qalacaq.