Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2026 / 11:30

Türkiyədə daha 22 nəfər məşhur narkotiklə bağlı saxlanılıb – Beren Saat və Kenan Doğulu da…

Türkiyədə   məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində keçirilən yeni əməliyyatda 22 nəfər saxlanılıb.

Tezadlar.az xəbər verir ki, saxlanılanlar arasında Beren Saat, Kenan Doğulu, Ayşe Hatun Önal, Enis Arıkan və Kerimcan Durmaz da var.

İstanbul Baş Prokurorluğu Qaçaqçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq “şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələr saxlamaq”,”narkotik maddələrin istifadəsini asanlaşdırmaq” cinayətləri ilə davam edir.

Əməliyyat bu səhər istintaqın bir hissəsi olaraq həyata keçirilib.

Əməliyyatda Kenan Doğulu, Beren Saat, Ayşe Hatun Önal və Enis Arıkan da daxil olmaqla 22 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin adları:

1. Ayşe Hatun ÖNAL (Müğənni)
2. Tolga ÇAM (Moda dizayneri)
3. Ferhan KAYA (birja brokeri)
4. Murat SAYGI
5. Enis Ahmet ONAT
6. Ahmet KAROĞLU (Beko Ocakbaşı sahibi)
7. Əmrə TARİ (İş adamı)
8. Həsən VƏTƏN
9. Kerimcan DURMAZ (Müğənni)
10. Kənan DOĞULU (Müğənni)
11. Beren SAAT (Aktrisa)
12. Mehmet Cem KARCI (Rejissor)
13. Berdan MARDİNİ (Müğənni)
14. Reyhan KÜÇÜKYEĞEN
15. Ozan DOĞULU (Aranjimançı və DJ)
16. Yaşar İPEK (Müğənni)
17. Mehmet YILDIZ (Model Şirkəti) (Sahibi)
18. Tessy RAMOS CORREIRA (Model)
19. Enis ARIKAN (Aktyor)
20. Rafet Eren YORULMAZER
21. Ali Efe BEZCİ
22. Selin CİĞERCİ.

Saxlanılanlardan bəziləri qan və saç nümunələri vermək üçün Ədliyyə Tibb İnstitutuna gətirilib. Əməliyyat çərçivəsində araşdırmaların davam etdiyi öyrənilib.

Əməliyyat çərçivəsində aparılan axtarışlar zamanı model Tessy Ramos Correira-nın evində 7,43 qram marixuana, Mehmet Yıldızın evində isə bir dəqiq tərəzi və bir üyüdücü dəzgah  tapılıb. Bundan əlavə, CHEEKY CLUB adlı müəssisədə aparılan axtarış zamanı 1 qram kannabis (esrar) müsadirə edilib və Türkiyə Cinayət Məcəlləsinin 191-ci maddəsi ilə məhkəmə prosesi başlayıb.

Xatırladaq ki, indiyədək keçirilən narkotik əməliyyatları çərçivəsində bir çox məşhur saxlanılıb. Onlardan qan və saç nümunələri götürülüb. Bəzilərində təsdiqini tapıb. Bəzi şəxslər isə nəticə ilə razılaşmayaraq şikayət etdikləri barədə mediaya açıqlamalar veriblər…

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!