Nəhayət, Ukrayna prezidenti Volodimir Zelenski razılaşaraq Rusiya prezidenti Vladimir Putinə Türkiyədə görüşməyi təklif edib. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə danışıqların təşkilinə kömək edəcəyinə ümid etdiyini deyib. Ukrayna liderinin sözlərinə görə, nümayəndə heyətləri və texniki qruplar bütün məsələləri həll edə bilmədiyi üçün bəzi problemlər yalnız dövlət başçıları səviyyəsində müzakirə oluna bilər. Sitat: “Buna görə də mən onunla qərar qəbul edən şəxs kimi görüşmək istəyirəm”.
Qeyd: bundan əvvəl Kremlin rəhbərinin köməkçisi Yuri Uşakov Zelenskinin danışıqlar üçün Moskvaya gələ biləcəyini bildirmişdi. Amma Zelenski bundan qəti imtina etmişdi.







