Əsas məzmuna keç

Goranboyda iki avtomobil qəzaya düşdü-5 yaralı!

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ” markalı minik avtomobili idarəetmədən çıxaraq yük avtomobilinə arxadan çırpılıb. Qəza zamanı avtomobildə olan ailənin beş üzvü xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb, hazırda onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Yəqinki sürücü diqqətsizliyi və ya telefondan istifadə buna səbəb olub.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…