Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyun 2026 / 09:24

Jurnalistlərin etik davranış qaydaları yenidən gündəmdə – MŞ dəyişikliyə hazırlaşır

Mətbuat Şurasının İdarə Heyərinin iyunun 11-də keçirilmiş iclasında “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əlavələrlə bağlı məsələ müzakirə olunub.

 Tezadlar.az  xəbər verir ki, bu barədə Şura KİV-ə açıqlamasında bildirib.

Qeyd edilib ki, müzakirə zamanı əsasən iki məqamın üzərində dayanılıb.

Bildirilib ki, ilk növbədə kin və nifrət dili ilə təbliğatın yolverilməzliyinin qaydalarda əksini tapmasının vacibliyi vurğulanıb:

“Məlum olduğu kimi, bəzən medianın, ayrı-ayrı jurnalistlərin yazıları və daha çox da səsləndirdikləri fikirlər təhrikçi mahiyyət daşıyır. Əlbəttə, jurnalist doğruları bildirməlidir. Amma bu zaman qanunçuluq ikinci plana keçməməlidir. Müvafiq olaraq kimisə tənqid etmək, həmin şəxsin nöqsanlarını çatdırmaq olar. Amma bu təqdimatlar hüquqi dövlət anlayışına zidd ab-hava yaratmamalıdır. Yəni, elə edilməlidir ki, kimsə kiməsə qarşı bu anlayışdan kənar addımların atılmasını legitim qarşılamasın. Bötüvlükdə linç meyilləri yolverilməzdir”.

Əlavə edilib ki, ikinci dəyişiklik Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” plenum qərarı ilə bağlıdır:

“Bu qərar son dərəcə vacibdir, günün tələbidir. Çünki bəzən özünü doğruları çatdırmaq öhdəliyi ilə mükəlləf sayan jurnalist və ya media orqanı hansı doğruların cəmiyyət üçün əhəmiyyətini kənara qoyur. Nəticədə jurnalistin və media orqanının qərəzli obrazı canlanır. Hər halda, elə doğrular var ki, açıqlanması düzgün deyil. Məhkəmə qərarı bu mənada nəyin düzgün olduğuna, nəyin düzgün olmadığına müfəssəl aydınlıq gətirir. Hesab edirik ki, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əlavələrdə də müvafiq müddəalar yer almalıdır”.

Qeyd edilib ki, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na dəyişiklik qurultaylarda təsdiqlənir:

“Hələlik dəyişikliklərlə bağlı konkret layihə yoxdur. Hər halda, qurultaya da hələ var. Hesab edirik ki, qarşıdakı müddətdə mövcud istiqamətdə müvafiq iş aparmaq imkanı olacaq”.

 

trend

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!