Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

(İnsan Hüquqları Aylığında düşüncələr)
18 iyun – Milli İnsan Hüquqları Gününə həsr olunan və Ölkədə hər il 18 may–18 iyun tarixlərinin “İnsan Hüquqları Aylığı” kimi qeyd olunması insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmənin genişləndirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə keçirilən tədbirlərdə adətən vətəndaş, uşaq, qadın, əlilliyi olan şəxslər, həssas sosial qruplar, əmlak, ailə, seçki, təhsil, səhiyyə, mənzil və s. kimi təməl hüquqları, həmçinin virtual mühitdə rəqəmsal hüquqlar kimi məsələlər geniş müzakirə edilir. Bu kimi problemlərlə yanaşı olaraq diqqət yetirilməli olan mühüm sahələrdən biri də elmi mühitdə insan hüquqlarının qorunması problemidir.
Elmi mühitdə insan hüquqlarının qorunması probleminin aktuallığı onunla izah olunur ki, elm və təhsil sahəsi yalnız bilik istehsal edən sistem deyil, həm də minlərlə alimin, tədqiqatçının, doktorantın, magistrantın, müəllimin və elmi işçinin fəaliyyət göstərdiyi sosial-hüquqi məkandır. Bu mühitdə insan hüquqlarının pozulması halları təkcə ayrı-ayrı şəxslərə deyil, bütövlükdə elmin inkişafına, innovasiya potensialına və intellektual kapitalın formalaşmasına mənfi təsir göstərir. Məhz buna görə də insan hüquqları mövzusu yalnız ümumi vətəndaş hüquqları kontekstində deyil, elmi fəaliyyət müstəvisində də araşdırılmalı, alimlərin və tədqiqatçıların hüquqları ayrıca tədqiqat və müzakirə predmeti olmalıdır.
Elmi fəaliyyət insan hüququ kimi
Beynəlxalq hüquq sənədlərində elmə çıxış və elmi fəaliyyət hüququ fundamental insan hüquqlarından biri kimi təsbit edilmişdir. İnsan şəxsiyyətinin azad inkişafı, yaradıcılıq azadlığı, fikir və söz azadlığı, müəlliflik hüquqları və elmi fəaliyyət azadlığı bir-biri ilə sıx bağlıdır.
Alim öz elmi ideyasını sərbəst ifadə etmək, araşdırma aparmaq, nəticələrini dərc etdirmək, elmi diskussiyalarda iştirak etmək və əldə etdiyi intellektual məhsulun müəllifi kimi tanınmaq hüququna malikdir.
Əslində elmi azadlıq demokratik cəmiyyətlərin əsas göstəricilərindən biridir. Elmi mühitdə qorxu, təzyiq, inzibati təsir və ya şəxsi maraqların hökm sürdüyü şəraitdə elmin obyektiv inkişafından danışmaq çox çətindir.
Elmi mühitdə insan hüquqlarının pozulmasının əsas formaları
Müasir elmi təşkilatlarda və ali təhsil müəssisələrində müşahidə olunan hüquq pozuntularını bir neçə istiqamətdə qruplaşdırmaq olar. Müəlliflik hüquqlarının pozulması Elmi mühitdə ən çox rast gəlinən problemlərdən biridir. Bəzi hallarda:
Belə hallar yalnız etik pozuntu deyil, həm də intellektual mülkiyyət hüququnun pozulması hesab edilməlidir.
Elmi işçilərin əmək hüquqlarının pozulması da çox rast gəlinən hallardandır. Bir sıra hallarda elmi müəssisələrdə çalışan əməkdaşlar:
Elmi işçinin hüququ yalnız əmək müqaviləsi ilə müəyyən edilə bilmir. Bu heç çox vaxt mümkün də deyil. Onun yaradıcı əməyinin qiymətləndirilməsi, elmi nəticələrinin tanınması və peşəkar inkişaf imkanları da hüquq sisteminin ayrılmaz hissəsidir.
Elmi şura üzvlərinin hüquqları da çox vaxt diqqətə alınmır. Elmi şuralar elmi özünüidarəetmənin mühüm institutudur. Təcrübədə bəzən belə tipik problemlər meydana çıxır:
Halbuki elmi şura üzvü heç bir təzyiq olmadan öz mövqeyini ifadə etmək, alternativ təkliflər vermək və qərarların qəbulunda sərbəst iştirak etmək hüququna malikdir.
Doktorant və dissertantların hüquqları
Elmi kadr hazırlığında doktorant və dissertantların hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır. Praktikada bəzi ümumi xarakterli problemlər müşahidə oluna bilir:
Doktorant elmi rəhbərin tabeliyində olan şəxs deyil, elmi fəaliyyət hüququna malik müstəqil tədqiqatçıdır. Onun hüquqları qanunvericilik və akademik etik prinsiplərlə qorunmalıdır.
Elmi tənqid və fikir azadlığı hüququ
Elm şübhə, müzakirə və tənqid üzərində qurulur. Elmi mühitdə:
Əgər elmi əməkdaş, doktorant rəhbərin, müdirin və ya nüfuzlu şəxsin hər hansı fikrinə, hərəkətinə hansısa formada etiraz etdiyi üçün cəzalandırılırsa, bu, həm fikir azadlığının, həm də akademik azadlığın pozulmasıdır.
Elmi mühitdə psixoloji təzyiqlər
Son illərdə beynəlxalq akademik ədəbiyyatda və mühitdə “mobbinq”-çilik geniş yayılmışdır. Mobbinq – bir insanın, qrupun bir fərdə və ya qrupa sosial bullinq tətbiq etməsidir. Latınca “mobile vulgus”, ingiliscə “mob” hücum etmək, narahat etmək mənasındadır. “Mobbinq” termin olaraq psixoloji terror, şiddət və ya zorakılıq olaraq tərcümə edilir. “Mobbing” sözü ilk dəfə uşaqların bir-birləri ilə kobud münasibətlərini təsvir etmək üçün istifadə edilmişdir. 1950-1960-cı illərdə iş yerlərində aparılan araşdırmalar, mobbinqin təkcə uşaqlar arasında yaşanmadığını ortaya qoydu. Mobbinq emosional bir hücumdur. Psixoloji şiddət anlayışı kimi ilk dəfə Hayns Leymann tərəfindən 1984-cü ildə istifadə edilib. Mobbinq şəxsin iş həyatından kənarlaşdırılması üçün qəsdən edilir. İnsanın hörmətsiz, alçaldıcı, təhqiramiz rəftar, əsassız ittihamlara məruz qalması ilə başlayır. İşəgötürən, qarşı tərəfin sosial nüfuzunun azaldılmasına yönəlmiş təcavüzkar bir mühit yaratmaqla, təhqir və istehza ilə işini tərk etməyə çağırır. Qeyri-kommersiya təşkilatlarında, məktəblərdə və səhiyyə sənayesində mobbing daha çox yyılır. Yüksək işsizlik dərəcələrinə görə işçinin dəyərsiz sayılması mobbinqin artmasına səbəb olur.
Yuxarıdan aşağıya doğru olan mobbinq bir rəhbərin tabeliyindəki işçilərinə qarşı tətbiq etdiyi davranışların məcmusudur. Onlar sahib olduqları təşkilati güc vasitəsilə işçilərə təzyiq göstərərək işçiləri təşkilatdan kənarlaşdırmaq məqsədi güdürlər. Əksinə də ola bilər.
Aşağıdan yuxarıya doğru olan mobbinq tabelikdəki işçilərin rəhbərlərinə qarşı fərdi ya da qrup şəklində hərəkət edərək tətbiq etdikləri davranışları təşkil edir.

Üfüqi psixoloji təzyiq — eyni səviyyədə və ya eyni iyerarxik qrupda olanların bir-birlərinə qarşı tətbiq etdikləri davranışların təşkil edir. Məsələn: bərabər şərtlər altında çalışan işçilərin paxıllığı, eyni vəzifədəki işçilərin maraqlarının toqquşması, şəxsi narazılıqları, eyni mövqedə olanlar arasındakı rəqabət və s.
Bu hallar özünü bir çox nümunəvi formalarda göstərə bilir:
Belə halların qarşısının alınması üçün elmi təşkilatlarda müstəqil etik komissiyalar fəaliyyət göstərməlidir.
Rəqəmsal transformasiya dövründə elmi hüquqların yeni aspektləri
Rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının sürətli inkişafı elmi fəaliyyət sahəsində yeni hüquqi problemlər yaratmışdır. Bu problemlərə daxildir:
Gələcəkdə akademik hüquqların mühüm hissəsi məhz rəqəmsal hüquqların qorunması ilə bağlı olacaqdır.
Elmi mühitdə hüquqların qorunmasının institusional mexanizmləri
Elmi mühitdə insan hüquqlarının səmərəli qorunması üçün müəyyən tədbirlərin həyata keçirilməsi məqsədəuyğun ola bilər:
1.Elmi təşkilatlarda akademik hüquqlar üzrə Ombudsman institutunun yaradılması.
2.Akademik etika və insan hüquqları üzrə müstəqil komissiyaların yaradılması və fəaliyyətinin gücləndirilməsi.
3.Müəlliflik hüquqlarının pozulmasına görə məsuliyyət mexanizmlərinin sərtləşdirilməsi.
4.Elmi əməkdaşlar, doktorant və gənc tədqiqatçılar üçün hüquqi müdafiə sistemlərinin formalaşdırılması.
5.Elmi rəhbər–doktorant münasibətlərinin etik standartlarla tənzimlənməsi.
6.Elmi müəssisələrdə anonim müraciət və şikayət platformalarının yaradılması.
7.Elmi fəaliyyətin qiymətləndirilməsində şəffaflıq və hesabatlılıq prinsiplərinin gücləndirilməsi.
8.Süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi zamanı akademik hüquqların qorunmasına dair normativ bazanın təkmilləşdirilməsi və s.
Beləliklə, qeyd edilən kiçik müşahidələr və təhlillər göstərir ki, İnsan hüquqları yalnız siyasi, sosial, ictimai və ya mülki münasibətlər çərçivəsində deyil, elmi fəaliyyət müstəvisində də araşdırılmalı və təmin edilməlidir. Alimin, elmi işçinin, doktorantın, dissertantın, elmi şura üzvünün, müəllifin və tədqiqatçının hüquqları da müasir insan hüquqları sisteminin ayrılmaz hissəsi kimi təmin edilməlidir. Əgər elmi mühitdə bu kimi hüquqlar pozularsa, fikir azadlığı məhdudlaşdırılarsa, tədqiqatçı inzibati təzyiqlərə məruz qalarsa və ya onun elmi nəticələri mənimsənilərsə, bu, təkcə bir şəxsin hüququnun deyil, bütövlükdə elmi sistemin, mühitin hüququnun pozulması demək olar. Odur ki, möhtərəm prezident, cənab İlham Əliyevin daimi qayğısı və Dəmir Yumruq iradəsiylə müasir dövrdə süni intellekt və texnoloji innovasiya cəmiyyətinin, intellektual bilik və rəqəmsal iqtisadiyyatının, böyük data-süni intellekt əsaslı sinergetik inkişaf modelinin formalaşdığı indiki şəraitdə elmi mühitdə də insan hüquqlarının qorunması strateji əhəmiyyət daşıyır. Cənab Prezidentin bildirdiyi kimi, güclü elm yalnız güclü hüquqi təminat şəraitində inkişaf edə bilər. Buna görə də unutmamalıyıq ki, Ölkəmizin xoş gələcəyi, güclü, rəqabətqabiliyyətli innovativ iqtisadiyyatının, demokratik cəmiyyətinin, hüquqi dövlətinin qurulması elmi azadlıqların, akademik hüquqların və tədqiqatçı hüquqlarının etibarlı müdafiəsini tələb edir. İnaniriq ki, hamiliqla çalişmaqla bu mühitdəki ola biləcək kiçik çatişmazliqlari da asanliqla aradan qaldirmaq mümkündür.
Əlövsət Qaraca ƏLİYEV,
İnformasiya və Cəmiyyət İctimai Birliyinin rəhbəri
(“Təzadlar” üçün)