21 İyun 2026 / 11:15

İstanbul taksilərinə havadan nəzarət: Qayda pozanları dronlar müəyyən edəcək

İstanbulda taksi sürücülərinin qayda pozuntularının izlənilməsi işində artıq pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunacaq.

 

Təzadlar.az xəbər verir ki, bu barədə İstanbul Taksi Sürücüləri Palatasının İdarə Heyətinin üzvü Güngör Pətək məlumat verib.

 

Bildirilib ki, o, taksi sürücüləri ilə bağlı ən çox şikayətin daxil olduğu İstanbul rayonlarında yoxlamalarda PUA-ların iştirak etməyə başladığını bildirib. O qeyd edib ki, müntəzəm olaraq qəfil yoxlamalar keçirirlər və indi daha əvvəl qayda pozuntularında adı hallanan avtomobilləri nömrələrinə görə daha səmərəli izləmək üçün PUA-lardan istifadə edirlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!