Əsas məzmuna keç

Deputat qadına yardım müqabilində cinsi münasibət təklif edib və…

Bunu da gördük: qadın deputata yardım üçün müraciət edir, deputat isə ona görün nə deyir…
Beləliklə, Gürcüstanda bu hadisə böyük qalmaqal yaradıb. Belə ki, Bolnisi Bələdiyyəsinin Naxiduri (Arıxlı) kəndində oğlunun dərman və müalicə xərcləri üçün kömək istəməyə gedən qadın “Gürcü Arzusu” partiyasının deputatının ona yardım müqabilində cinsi münasibət təklif etdiyini iddia edir. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə “TV Pirveli” telekanalının “Şənbə efiri” proqramı süjet hazırlayıb. Qadının sözlərinə görə, o, deputatın bu təklifinə görə polisə şikayət edəcəyi ilə hədələdikdən sonra Vüqar İsayev tərəfindən küçədə fiziki zorakılığa məruz qalıb. Telekanalın əldə etdiyi görüntülərdə də deputatın qadına fiziki güc tətbiq etdiyi, ətrafdakı şəxslərin isə qadını müdafiə etməyə çalışdığı görünür.
Telekanalın məlumatına görə, hadisə oktyabrın 20-də Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndində baş verib. Üç uşaq anası olan 36 yaşlı qadın iddia edir ki, deputatın ona qarşı təzyiqləri iki il əvvəl başlayıb. Həmin vaxt o, oğlunun əməliyyat xərclərinin qarşılanması üçün bələdiyyədən yardım almaq məqsədilə Vüqar İsayevə müraciət edib. Qadının sözlərinə görə, görüşdən iki gün sonra deputatın telefon nömrəsindən ona zəng gəlib və bundan sonra deputat onu narahat etməyə başlayıb. Qadın bildirir ki, deputat mütəmadi olaraq ona mesajlar yazıb, görüşlər tələb edib və onu izləyib.
Zərərçəkmişin sözlərinə görə, sonuncu görüş Marneulidə, Candar yaşayış massivində baş verib. O, Vüqar İsayevin avtomobilinə əyləşdikdən sonra deputatın ona sillə vurduğunu iddia edir. Buna səbəb kimi isə qadının Batumiyə getməyə razılıq verməməsi göstərilir. Qadın həmçinin iddia edir ki, baş verənləri polisə danışacağını bildirdikdən sonra deputat onu ölümlə hədələyib. Daha sonra isə qəsdən qəza vəziyyəti yaradıb. Bundan sonra qadın deputatın avtomobilinin təkərinə təpik vurub və onun sözlərinə görə, Vüqar İsayev küçədə ona fiziki zorakılıq göstərib. Qadın hadisə ilə bağlı həmin gün polisə müraciət etdiyini, lakin deputatın saxlanılmadığını bildirir. Onun iddiasına görə, əksinə, onun özünə qarşı iki maddə üzrə cinayət işi başlanıb. “Şənbə efiri”nin məlumatına görə, Vüqar İsayev Bolnisi Bələdiyyə Məclisinin Əmlakın İdarə Edilməsi Komissiyasının sədridir. Hadisəni əks etdirən görüntülər polisə təqdim olunsa da, deputat barəsində zorakılıq ittihamı yalnız telekanalın məsələ ilə bağlı araşdırmasına başladıqdan sonra irəli sürülüb. Onun deputat səlahiyyətləri isə hələ də dayandırılmayıb.

Bax belə!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…