Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyirsə, Moskvaya gəlməlidir. Tezadlar.az xəbər verir ki, Lavrov bu barədə Atlantada keçirilən “G20” ölkələrinin xarici işlər nazirlərinin görüşünün ilk gününün yekunlarına dair mətbuat konfransında danışıb.
Lavrovun sözlərinə görə, Vladimir Putin Volodimir Zelenski ilə görüşməyə hazırdır: “Putin Zelenskinin hakimiyyətə gəlməsindən sonrakı son altı ilin tarixçəsinə baxmayaraq, onunla görüşməyə hazır olduğunu dəfələrlə bəyan edib. Zelenski üzbəüz görüş təklif etdikdən sonra Prezident Putin cavab verib ki, əgər Zelenski görüşmək istəyirsə, Moskvaya gəlsin. Biz onun təhlükəsizliyini təmin edəcəyik”, – deyə Lavrov bildirib.
Zelenski isə bundan əvvəl bildirmişdi ki, Moskvaya gedə bilər, amma raket və dronlarla…
Səbuhi







