Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyun 2026 / 08:06

ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəldilər

ABŞ və İran arasında 18 iyunda imzalanan anlaşma memorandumundan sonra bütün diqqətlər İsveçrədə keçirilən görüşə yönəlib. Tehran gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsi üçün mexanizmin yaradılması barədə razılığa gəlindiyini açıqlayıb. Pakistan və Qətər də danışıqların müsbət və konstruktiv atmosferdə keçdiyini bildiriblər.

Tezadlar.az-ın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsveçrədəki danışıqlarla bağlı açıqlamalar verərək, 18 saatlıq görüşdə irəliləyiş əldə edildiyini bildirib.

Sözçü danışıqlar qrupunun işini başa vurduğunu və texniki qrupların işlərini davam etdirəcəyini bildirərək, Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidi üçün mexanizmin yaradılması barədə razılığa gəlindiyini qeyd edib.

Yekun razılaşma üçün danışıqlara başlamaq üçün hazırlıqların müzakirə edildiyi bildirilsə də, Qətər və Pakistan da birgə bəyanatla yüksək səviyyəli danışıqların ilk sessiyasının başa çatdığını elan ediblər.

Bəyanatda danışıqların müsbət və konstruktiv atmosferdə keçdiyi və vasitəçilik prosesinə siyasi nəzarəti təmin etmək üçün yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəlindiyi qeyd olunub.

Bəyanata görə, baş danışıqçılar bu komitəyə müntəzəm olaraq hesabat verəcəklər.

Komitə 60 gün ərzində yekun razılaşmanın əldə edilməsini nəzərdə tutan yol xəritəsi üzərində razılığa gəlib.

Bəyanatda həmçinin Livandakı vəziyyətə toxunulub və münaqişələrin qarşısının alınması bölməsinin yaradılması qeyd edilib.

İran və ABŞ arasında razılaşma

İran və ABŞ 14 iyunda Pakistanın vasitəçiliyi ilə döyüşlərin dayandırılması və tərəflər arasında məsələlərin danışıqlar yolu ilə həll edilməsi üçün 14 maddəlik razılaşma əldə etdiklərini açıqlayıblar.

İslabad Memorandumu kimi tanınan bu anlaşma memorandumu İran prezidenti Məsud Pazaşkyan və ABŞ prezidenti Donald Tramp tərəfindən 18 iyunda rəqəmsal şəkildə imzalanıb və qüvvəyə minib.

Razılaşmaya Livan da daxil olmaqla müharibənin dayandırılması, Hörmüz boğazının açılması və ABŞ-ın İrana qarşı dəniz blokadasının ləğvi kimi müddəalar daxildir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!