Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belarus prezidenti Aleksandr Lukaşenko Böyük Vətən Müharibəsi hadisələrinin tarixi yaddaşının qorunmasının müasir ideoloji təhdidlərə qarşı etibarlı bir maneə olduğunu bildirib.
Tezadlar.az xəbər verir ki, o, bu açıqlamanı Böyük Vətən Müharibəsi və Belarus Xalqının Soyqırımı Qurbanlarının Anım Günü münasibətilə etdiyi çıxışında edib.
Dövlət başçısının sözlərinə görə, tarixi yaddaş və keçmiş cinayətlərin hüquqi qiymətləndirilməsi ayrılmaz şəkildə bağlıdır.
“Bizim yaddaşımız döyüşkən revanşizmin təcavüzünü cilovladığımız qalxandır. Belarus xalqının soyqırımı ilə bağlı cinayət işinin istintaqı, heç bir məhdudiyyət müddəti olmayan cinayətlər üçün ədalətli mühakimə aktıdır”, – deyə Lukaşenko vurğulayıb.
Prezident müharibənin 22 iyun 1941-ci il tarixində başlamasını ölkə tarixində ən dəhşətli hadisə kimi xarakterizə edib. O qeyd edib ki, bütün Avropadan toplanmış Hitler ordusunun işğalı, insan təcrübələri, edamlar, işgəncələr və nasist “yaşayış məkanı” naminə müdafiəsiz mülki şəxslərin kütləvi şəkildə məhv edilməsi ilə müşayiət olunan genişmiqyaslı təmizləmə kampaniyasının başlanğıcını qoyub.
Sonda Lukaşenko qaliblərin varisləri kimi belarusluları həmişə tarixi həqiqəti müdafiə etməyə və qəhrəmanların xatirəsini əziz tutmağa çağırıb. O, gənc nəslə eksklüzivlik və milli üstünlük ideologiyalarına qarşı immunitet aşılamağın vacibliyini, eləcə də uşaqlarda indiki nəslə həyat, sülh və azadlıq bəxş edən Sovet xalqının qəhrəmanlığı ilə qürur hissi aşılamağın vacibliyini vurğulayıb.
E.ŞİRİNOV