Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 İyun 2026 / 08:34

“Azəricard” günahı bankların üstünə atdı, banklar isə…

Ötən gün Azərbaycanın bank sektorunda kütləvi texniki nasazlıq yaşandı. Xüsusən də Azərbaycan Beynəlxalq Bankı (ABB), “ExpressBank” və “AccessBank”ın kart əməliyyatlarında, eləcə də “Yelo Bank”ın mobil tətbiqində ciddi çətinliklər qeydə alındı. Nasazlıq nəticəsində vətəndaşların kart balanslarından əlavə və ya təkrarlanan vəsaitlər silindi. Banklar dərhal mobil tətbiqlər vasitəsilə bildiriş göndərərək məsələnin “üçüncü tərəfdən” qaynaqlandığını bəyan etdilər. Məsələnin texniki tərəfinə gəldikdə isə, prosessinq mərkəzi olan “Azəricard” MMC rəsmi açıqlama yayaraq problemin birbaşa onlardan qaynaqlanmadığını bildirdi: xətanın banklararası hesablaşma fayllarının emalı (klirinq prosesi) zamanı ortaya çıxan dublikat əməliyyatlarla bağlı olduğunu qeyd etdilər.
Problem ondadır ki, ortada müştərilər ziyan çəkdi. Amma sosial şəbəkələrdə yazılan şikayətlərdən bəlli oldu ki, ziyan çəkənlər arasında bank işçiləri yoxdur. Niyə? Belə çıxır ki, bank işçiləri özləri çalışdıqları banklara etibar etmirlər və pullarını fərqli yerdə saxlayırlar???
İndi görün nə baş verir:  “Azəricard”ın yaydığı məlumata əsaslansaq, problem banklardadır. ABB-nin yaydığı məlumata əsaslansaq isə problem sirli “üçüncü tərəfdədir”. Əgər “Azəricard”da problem yoxdursa, deməli, eyni prosessinq mərkəzindən istifadə edən fərqli banklar eyni gündə, eyni anda və eyni saniyədə möcüzəvi şəkildə tamamilə eyni xətanı törədiblər.
Bankların günahlandırdığı o “üçüncü tərəf” isə mənə sirr olaraq qalır. Bu naməlum tərəf ya qlobal ödəniş sistemləridir (yəni Visa və ya MasterCard), ya da ki… yəqin yenə günahkar bankın öz müştərisidir! Çünki görünən odur ki, ortada başqa bir “tərəf” tapmaq mümkün deyil. Hazırda əməliyyatların ləğv edildiyi və balansların bərpa olunduğu bildirilsə də, bu rəqəmsal məsuliyyətsizliyin real müəllifinin kim olduğu sualı açıq qalır.
Beləliklə, bütün belə hallar dəfələrlədir baş verir və bank- müştəri əməkdaşlığına sarsıdıcı zərbə vurulur. Amma bankların fəaliyyətinə lisenziya verən Milli Bank rəhbərliyi isə hələki susur. Bu nədən xəbər verir? Çox maraqlıdır… Niyə sistemində belə ciddi xətalar baş verən banklar cəzalandırılmır, yaxud onların təhlükəsizlik sisteminə əl gəzdirilmir, tədbir görülmür???
“Təzadlar”
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!