25 İyun 2026 / 13:39

İqtisadçı ekspert Qulu İbrahimli AYNA-nı qarğadı, Allaha tapşırdı!

Bakı şəhərinin küçə və yollarını daraldaraq parklama məntəqələrinə bölməyi bəs deyil, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyində olan “AzParginq” şirkəti əməkdaşlarının sürüclərə qənim kəsilməyi, 15 dəqiqə pulsuz olsa da, avtomobili saxlayıb aptekə girib-çıxan sürücüyə dərhal cərimə yazmaları ciddi narazılıq yaratmaqdadır. Məntəqə nəzarətçiləri kənarda dayanıb sürücüləri güdür və fürsəti əldən verməyərək cərimələşmə siyasətinə daim qurban axtarırlar.

Narazılardan biri-İqtisadçı ekspert Qulu İbrahimli fb platformasında AYNA rəhbərliyini qınadı, qarğadı və Allaha, Məhərrəmlik ayına tapşırdı. Sitat: “Hörmətli, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi! Bildirirəm ki, AYNA – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi rəhbərliyini, “AzParking”i hoqqabazlıqları ilə davamlı yalan cərimələrinə və şikayətlərə baxmadıqlarına görə bu müqəddəs Məhərrəm ayına, Aşura gününə, İmam Hüseynə, Nehrəm İmamzadəsinə tapşırıram. İnşallah, İmamın qırxınadək nəticəsi olar!”.

Sitatın sonu!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!