Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyul 2026 / 08:47

Gürcüstanın Kəpənəkçi kəndində Zəlimxan Yaqubun ev-muzeyi yaradılacaq

Xalq şairi Zəlimxan Yaqubun ata ocağında – Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi kəndində ev-muzeyi yaradılır. Tezsdlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə əməkdar mədəniyyət işçisi, Zəlimxan Yaqub irsinin araşdırıcısı Musa Nəbioğlu məlumat verib. O bildirib ki, ölməz söz ustadının xatirəsini doğma Borçalıda əbədiləşdirmək üçün Kəpənəkçi kəndində, doğulub boya-başa çatdığı evin həyətində ayrıca  ev-muzeyin tikintisinə başlanılıb. M.Nəbioğlu onu da əlavə edib ki, əslində, Kəpənəkçi kəndində bir “Poeziya Evi”nin olması Zəlimxan Yaqubun özünün də arzusu olub. Bu gün bu arzu reallaşdırılır.
Z.Yaqubun ev-muzeyi həm də saz-sözsevərlər üçün müqəddəs bir ocağa çevriləcək, ziyarətçilər Türk dünyasının sevimlisi olan bu böyük söz ustadının keçdiyi ömür yolu və kitabları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. M. Nəbioğlu bildirib ki, burada müxtəlif ədəbi tədbirlər keçiriləcək, ustad aşıqların və şairlərin yubileyləri qeyd olunacaq. Bu mədəniyyət ocağı həm də Azərbaycan-gürcü ədəbi əlaqələrinin daha da inkişafına töhfələr verəcək.
Qeyd: gürcüstanlı iş adamı Cəbrail Şaxverdiyevin maddi dəstəyi ilə başa gələn ev-muzeyinin tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!