Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xalq şairi Zəlimxan Yaqubun ata ocağında – Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi kəndində ev-muzeyi yaradılır. Tezsdlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə əməkdar mədəniyyət işçisi, Zəlimxan Yaqub irsinin araşdırıcısı Musa Nəbioğlu məlumat verib. O bildirib ki, ölməz söz ustadının xatirəsini doğma Borçalıda əbədiləşdirmək üçün Kəpənəkçi kəndində, doğulub boya-başa çatdığı evin həyətində ayrıca ev-muzeyin tikintisinə başlanılıb. M.Nəbioğlu onu da əlavə edib ki, əslində, Kəpənəkçi kəndində bir “Poeziya Evi”nin olması Zəlimxan Yaqubun özünün də arzusu olub. Bu gün bu arzu reallaşdırılır.
Z.Yaqubun ev-muzeyi həm də saz-sözsevərlər üçün müqəddəs bir ocağa çevriləcək, ziyarətçilər Türk dünyasının sevimlisi olan bu böyük söz ustadının keçdiyi ömür yolu və kitabları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. M. Nəbioğlu bildirib ki, burada müxtəlif ədəbi tədbirlər keçiriləcək, ustad aşıqların və şairlərin yubileyləri qeyd olunacaq. Bu mədəniyyət ocağı həm də Azərbaycan-gürcü ədəbi əlaqələrinin daha da inkişafına töhfələr verəcək.
Qeyd: gürcüstanlı iş adamı Cəbrail Şaxverdiyevin maddi dəstəyi ilə başa gələn ev-muzeyinin tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.