Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 İyul 2026 / 18:03

Peskov niyə Prezident İlham Əliyevin mövqeyindən narazı qalıb? -İŞĞALÇINI DƏSTƏKLƏSİN???

Prezident İlham Əliyev dünən 4-cü Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualına cavabında Ukraynaya bir daha işğalla barışmamağı tövsiyə edib:
“Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik”.
Maraqlıdır, rəsmi Moskva Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə dəstək bildirən mövqeyindən narazı qalıb.
 Tezadlar.az xatırladır ki, Kremlin sözçüsü Dmitri Peskov iyulun 14-də belə deyib: “Hesab edirik ki, bu mövqe yanlışdır… Və bütün kanallar vasitəsilə ardıcıl şəkildə əsaslandırılmış arqumentlərlə bunun niyə yanlış mövqe olduğunu izah etməyə davam edəcəyik “.
Anlamaq olmur, Rusiya 5 ildir ki, Ukrayna ilə işğalçı müharibə aparır, Rusiya sənayesi və iqtisadiyyatı darmadağın, it günündə, bir işlək neftayırma zavodu qalmayıb, eləcə də Ukrayna əraziləri işğal edilib, bütün dünya lənətləyir, yenə də Prezident İlham Əliyevin ədalətli mövqeyi ilə razı deyillər… Prezident İlham Əliyev nə etməlidir, 30 il Ermənistanı dəstəkləyib-silahlandırıb  Azərbaycan ərazisini, 2008-ci ildən Gürcüstanın, Moldovanın… ərazisini işğala məruz qoyan Rusiyanı-işğalçını dəstəkləməlidirmi???
Adamda, yəni, Peskovda bir utanan üz də yoxdur ki…
Asif MƏRZİLİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!