15 İyul 2026 / 08:52

ATƏT Parlament Assambleyası Gürcüstanla bağlı yeni qətnamə qəbul edib

“ATƏT də gürcü xalqına qarşı yönəlmiş koordinasiyalı prosesə qoşulub”. Tezadlar.az xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. Kobaxidze sənədin tamamilə yalan və böhtan üzərində qurulduğunu bildirib və onun müzakirəsinin belə mənasız olduğunu deyib: “Təəssüf ki, ATƏT də gürcü xalqına qarşı yönəlmiş, gürcü xalqının ifadə etdiyi iradəyə qarşı çıxan koordinasiyalı prosesə qoşulub. Bu, nə düzgün, nə də ədalətli yanaşmadır”, – deyə Baş nazir bildirib. O qeyd edib ki, ATƏT Parlament Assambleyasının qəbul etdiyi qətnamə amerikalı konqresmen Co Uilsonun təşəbbüsü ilə hazırlanıb və sənəd “tamamilə yalan və böhtan” xarakteri daşıyır. Baş nazir həmçinin vurğulayıb ki, qətnamə ənənəvi Avropa standartlarına uyğun gəlmir və Avropa bürokratiyasını ikili standartlar tətbiq etməkdə ittiham edib.

Qeyd: ATƏT Parlament Assambleyası iyulun 8-də “Haaqa Bəyannaməsi”ni qəbul edib. Sənədə daxil edilən “Gürcüstanda seçkilərin bütövlüyünün və fundamental azadlıqların qorunması” adlı qətnamənin əsas sponsoru ABŞ Konqresinin üzvü Co Uilson olub. Qətnamədə Gürcüstan hakimiyyəti milli və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus kimi tanıdığı şəxsləri azad etməyə, həmçinin fundamental azadlıqları məhdudlaşdıran və ölkənin insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə zidd olan qanunvericiliyi ləğv etməyə çağırılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!