16 İyul 2026 / 08:39

“Vladimir, dayanmağın vaxtıdır, müharibə başa çatmalıdır”- İNANILMAZ

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Prezidenti Vladimir Putinə Ukraynadakı müharibəni dayandırmaq çağırışı edib. Tezadlar.az xəbər verir ki, Tramp bu barədə Fox News telekanalının jurnalisti Trey İnqsta verdiyi müsahibədə danışıb. ABŞ prezidentinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında müharibənin onun prezidentlik müddəti başa çatmamış bitəcəyinə inanır: “Düşünürəm ki, bəli. Hesab edirdim ki, bu, ən asan məsələ olacaq, çünki hər iki liderlə yaxşı münasibətlərim var”, – deyə Tramp bildirib.

Tramp qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinə hər zaman eyni mesajı verir: “Detallara varmaq istəmirəm, amma ona deyirəm: ‘Vladimir, dayanmağın vaxtıdır. Bu müharibə başa çatmalıdır’. Məncə, o, razılaşmaya hazırdır”, – deyə ABŞ prezidenti vurğulayıb. Razılaşmanın nə vaxt əldə olunacağı ilə bağlı suala cavabında isə Tramp “tezliklə” sözünü işlədib: “Tanqo iki nəfərlə oynanılır, amma o, razılaşmaya hazırdır”.

Putin hələki bu çağırışa şərh verməyib. Bununla belə ötən gecı Ukrayna dronları Rusiyanın sonuncu ən böyük neft- kimya zavodunu vurub, zavod çöküb.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!